Boşanma səbəbləri məlum oldu - FOTOlar

Boşanma səbəbləri məlum oldu - FOTOlar

Türkiyəli aktrisa Ceyda Düvenci və aktyor Bülent Şakrakın boşanma səbəbi məlum olub.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, Maviye Sürgün serialının çəkilişləri üçün bir müddət evdən uzaqlaşan Şakrakın çəkiliş meydançasında tanış olduğu Esra Akpınarla yaxınlaşdığı üçün Düvenciyə boşanmaq istədiyini dediyi iddia edilib.

Düvencinin boşanmanı qəbul etməsindən sonra cütlük evliliklərini bitirib.

Menecer və aktyor olan Esra Akpınarla Bülent Şakrakın münasibətlərini davam etdirdiyi, lakin münasibətlərini mətbuatdan uzaq tutmağa üstünlük verdikləri də bildirilir.

Qeyd edək ki, Ceyda Düvenci və Bülent Şakrak 2015-ci ildə ailə qurub, Okan Ali adında oğulları var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun