Aparıcı Zaur Baxşəliyev illər sonra ilk dəfə proqramda qonaq olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, həyat yoldaşı Günay Baxşəliyevanın yeni layihəsinin ilk buraxılışında yer alıb. "Günaylı gün" verilişinə gələn Z.Baxşəliyev Günayı təbrik edərək, uğurlar arzulayıb.
"İnanıram öz izləyicilərin olacaq. Hər zaman bizi birlikdə izləyiblər, indi səni tək izləyəcklər. Günay əvvəl tək layihələr çox aparıb. Uzun müddət isə biz ailə layihələri ilə efirə çıxdıq. İndi isə bu meydan sənindir" deyə, Zaur bildirib.
Qeyd edək ki, Zaur illərdir heç bir verilişə qonaq getmir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun