Aktyor Fərda Xudaverdiyev "Günə uğurla" verilişində kövrək anlar yaşayıb.
Milli.Az xəbər verir ki, o, proqram zamanı səslənən "Ana" mahnısından sonra göz yaşlarını saxlaya bilməyib. Mərhum anası Zeynəb xanımı xatırlayan Fərda bunları deyib:
"Mən səhnəyə qayıtmaya da bilərdim. Amma mənə gülməyi, zarafatı anam öyrədib. Məni daim səhnələrdə görmək istəyirdi. Sağ olanda deyirdi ki, "Sənin zarafatına anan gülürsə, deməli, hər kəs güləcək. Kimsə gülmürsə, deməli, səni qısqanırlar və zarafatlarının dozasını azaltmaq istəyirlər".
Allah şahiddir, ruhumla dərk edib deyirəm ki, indiyə qədər özüm gülmədiyim, məni güldürməyən bir şeyi tamaşaçılarıma satmamışam. Öz tamaşaçım üçün bu səliqəni həmişə qorumuşam".
Qeyd edək ki, aktyorun anası ötən il vəfat edib. (Axşam.az)
Milli.Az
















