4-cü dəfə ana olan Təranə: “Bu, qızımın yox, mənim övladımdır” - VİDEO

4-cü dəfə ana olan Təranə: “Bu, qızımın yox, mənim övladımdır” - VİDEO

Müğənni Təranə Qumralın dördüncü dəfə ana olması xəbəri gündəmi alt-üst edib. Sənətçi bu gün qonaq olduğu "Rəngarəng səhər" verilişində üzünü gizlədərək Can adı verdiyi oğlunu canlı efirə çıxarıb. Proqramdan sosial şəbəkələrdə yayılan Təranə ilə oğlu Canın birgə görüntüləri izləyiciləri təəccübləndirib. Onlar müğənninin yenidən ana olmasına inanmayıb, bunun bir şou və zarafat olduğunu yazıblar. Bəzi izləyiciləri isə iddia ediblər ki, bu onun Fidan adlı qızının yeni doğulan körpəsidir. 

Milli.Az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Təranə Qumral ilə əlaqə saxlayıb. 

Sənətçi 4-cü dəfə ana olması xəbərinə belə reaksiya bildirib: 

"Çoxları elə düşünür ki, bu, mənim qızım Fidanın yeni doğulan övladıdır. Amma belə deyil. Bu, mənim öz oğlumdur. Bəli mən dördüncü dəfə ana olmuşam. Yenidən ana olmağımla bağlı təbrik edən hər kəsə təşəkkürümü bildirirəm". 

Qeyd edək ki, Təranə Qumralın ilk evliliyindən Qumral və Fidan adlı iki qızı, ikinci əri, həmkarı Musa Musayevdən isə Sevgim adlı bir qızı var. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun