Türkiyəli aktyor Tamer Karadağlı komediyaçı Şahan Gökbakarı məhkəməyə verəcəyini açıqlayıb.
Milli.Az axşam.az-a istiadən xəbər verir ki, Dövlət Teatrlarının baş direktoru olan Karadağlı Antalya Haşim İşcan Mədəniyyət Mərkəzi ilə bağlı paylaşımında binanın baxımsız vəziyyətdə olduğunu bildirib. Bələdiyyənin bu məsələyə baxmamasından şikayətlənən aktyor bunun rüsvayçılıq olduğunu vurğulayıb. Mərkəzin bələdiyyəyə deyil, nazirliyə aid olduğu ortaya çıxdıqdan sonra Gökbakar onun bu səhvi ilə bağlı video çəkib.
Gökbakar evinin bağçasında gəzərkən çəkdiyi görüntülərdə "Mən dövlətin direktoruyam. Bildiyin boyasız taxtadır. Bələdiyyə burada heç nə etməyib. İnanılmazdır. İnsanlar təəccüblənir və mən bunların qarşısında sözün əsl mənasında "babababa" (red. - Karadağlının "Çocuklar Duymasın" serialında səsləndirdiyi məşhur ifadə) demək istəyirəm" deyə, bildirib.
Karadağlı həm onu, həm də teatrı lağa qoyduğu üçün Gökbakardan şikayətçi olduğunu və məhkəməyə müraciət edəcəyini vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun