Qızının ad gününə 20 milyon xərclədi

Qızının ad gününə 20 milyon xərclədi

Rusiyalı reper Timati qızı Alisanın 10 yaşını qeyd etmək üçün təxminən 20 milyon rubl xərcləyib.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə "Zvezdach Telegram" kanalı dekorator Lev Vorobyova istinadən məlumat yayıb.

Ekspertin fikrincə, sadəcə olaraq zalın Herri Potter üslubunda bəzədilməsi ifaçıya təxminən beş milyon rubla, malikanənin kirayəsi isə 1,5 milyon rubla başa gəlib. Tədbirdə Filipp Kirkorov çıxış edib və tortun qiyməti 350 min rubl olub.

Ad günü martın 30-da baş tutub. Herri Potter konseptli şənlikdə 20-dən çox qonaq iştirak edib. Alisanın nənəsi Simona və anası Alena Şişkova da olub. Lakin Alisanın atası Timati yeni sevgilisi model Valentina İvanova ilə Yaponiyaya səfər etdiyi üçün ad gününə gələ bilməyib.

Reperin iki övladı var. 2014-cü ildə model Alena Şişkova Timatinin qızı Alisanı dünyaya gətirib. 2019-cu ildə sənətçi ikinci dəfə ata olub. Onun bloger Anastasiya Reşetovadan Ratmir adlı oğlu olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun