Günay canlı efirdə ağladı

Günay canlı efirdə ağladı

Aparıcı Günay Baxşəliyeva canlı efirdə kövrək anlar yaşayıb.

OLAY yazır ki, “Günaylı gün” verilişinə canlı bağlantı edən şəhid atasının söylədiklərindən sonra o, göz yaşlarını saxlaya bilməyib.

“Mən sizin həyatınızı izləmişəm. Zaurla nişanlı olan vaxtdan bəri sizi izləyirəm. 2 balanız var, Allah onları sizin gözünüzə çıraq etsin, xeyir işlərini, uğurlarını görəsiniz. Arzu edirəm, bütün arzularınıza yetişəsiniz”, - deyə tamaşaçı bildirib.

Günay bu sözlər qarşısında çox kövrəldiyini dilə gətirib:

“Bir şəhid atasından bunları eşitmək çox dəyərlidir. Sizə minnətdaram. Allah sizi var etsin, bizə çox görməsin. Çox kövrəltdiniz məni”.