Rusiyanın Xalq artisti Stas Mixaylovun Çelyabinskdəki yubiley konserti təxirə salınıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, konsertin texniki səbəblərə görə təxirə düşdüyü bildirilib.
Belə ki, aprelin 4-də keçirilməsi planlaşdırılan tədbirin mayın 22-də olacağı bildirilib. Vurğulanıb ki, tamaşanın təxirə salınması "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı deyil.
Qeyd edək ki, Mixaylovun çıxışı Yekaterinburqda da təxirə salınıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun