Tanınmış xanəndə ərə gedəcəyi bəydən DANIŞDI

Tanınmış xanəndə ərə gedəcəyi bəydən DANIŞDI
Tanınmış xanəndə ərə gedəcəyi bəydən DANIŞDI

Müğənni Sədəf Budaqova şəxsi həyatı ilə bağlı etdiyi açıqlama ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, xanəndə "Günə uğurla" verilişində gələcək həyat yoldaşı ilə bağlı düşüncələrini bölüşüb.

Sədəf Budaqova bildirib ki, onun üçün ən vacib məsələ insanın xarakteri və daxili keyfiyyətləridir:

"Əsas insanı keyfiyyəti olmalıdır. Elə bir zamandır ki, ürəyincə bəy və ya xanım tapmaq çətindir".

İfaçı qeyd edib ki, əvvəlki dövrlərdə ailə qurmaq məsələlərinə yanaşma fərqli olub:

"İllər əvvəl baba-nənələrimiz danışırdı ki, qızı kimə verdilərsə, ona da ərə gedirdi. İndi isə gərək qəlbin o insana isinsin".

Müğənni ailədə iki sənət adamının olmasına da isti baxmadığını etiraf edib:

"Böyük danışmayım, amma bir evdə bir ifaçı bəs edir. Ona görə bu sahədən bəy istəmirəm".

Budaqova ailə həyatının məsuliyyətindən də danışıb:

"Ailə quranda yeni evinə sevinərək getməlisən. Ailə qurmaq çox asandır, əsas onu qoruyub saxlamaqdır".

Xanəndə gələcək həyat yoldaşında çalışqanlığı da önəmli xüsusiyyətlərdən biri hesab etdiyini vurğulayıb:

"İmkanı olmasa belə, çalışqan olmalıdır".

Onun açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və müxtəlif müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Mənbə: news.milli.az