Avroviziya təmsilçimiz Dilarə Kazımova yeni layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi bu dəfə “Pul” adlı yeni mahnısına çəkilən klipi yayımlayıb.Layihənin söz və musiqisi Nadir Nağd Pula məxsusdur. Mahnının aranjimanı Nadir Nağd Pul və Fidan Aliva tərəfindən hazırlanıb. Klip süni intellekt texnologiyaları vasitəsilə ərsəyə gətirilib. Layihənin AI vizuallaşdırılması İlkin İbrahimova(ilkintellekt) həvalə olunub. Ekran işinin rejissoru və ideya müəllifi isə Dilarə Kazımovanın özü olub.
Sənətçi açıqlamasında bildirib ki, “Pul” mahnısı mərhum müğənni Rəhim Rəhimli üçün xüsusi əhəmiyyət daşıyıb. Kazımovanın sözlərinə görə, Rəhim Rəhimli bu bəstəni onunla duet şəklində səsləndirməyi planlaşdırsa da, layihəni tamamlamaq qismət olmayıb. Müğənni mərhum sənətçinin arzusunu nəzərə alaraq mahnını virtual duet formatında təqdim edib.
Klipdə D.Kazımova “pul egregor” ( pul egregoru → insanların pula bağlı qorxu, ehtiras və asılılıq enerjisinin yaratdığı simvolik “sistem”) obrazında çıxış edərək insan və pul münasibətlərinə fərqli vizual interpretasiya təqdim edir.
“Pul” bütün musiqi platformalarında onlayndır.

















