Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO

Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO
Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO

Mədə qanaması keçirərək reanimasiyaya yerləşdirilən məşhur türkiyəli sənətçi Haluk Levent xəstəxanadan buraxılıb.

Milli.Az xəbər verir ki, məlumata görə, müğənninin müalicəsi başa çatıb və özünü yaxşı hiss edir. Onun sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Xatırladaq ki, Haluk Levent Eskişehirdəki konsert proqramından sonra AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) rəsmiləri ilə görüşə gedərkən yolda özünü pis hiss etmiş və dərhal xəstəxanaya çatdırılmışdı. 

Milli.Az

Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO
Mənbə: news.milli.az