"Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM"

"Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM"
"Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM"

Türkiyəli müğənni Seda Sayan şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi həyat yoldaşı ilə qazanc fərqindən danışarkən maraqlı etiraf edib.

Seda bildirib ki, maddi baxımdan həyat yoldaşından daha çox qazansa da, bəzi hallarda yenə də ondan pul istədiyi olur:

"Çox qazanan qadınam. Ərimlə qazancımız arasında böyük fərq var".

Müğənni həyat yoldaşının qazancının əsasən ailəsinə və oğluna xərcləndiyini deyib:

"Onun pulu özünə, ailəsinə və 16 yaşlı oğluna bəs edir".

Sənətçi bəzi vaxtlar ehtiyac yarandıqda həyat yoldaşından dəstək aldığını da gizlətməyib:

"Amma bəzən ərimdən pul alıram, ehtiyacım olur. Mənim çantamdan dollarlar, avrolar daşmır".

Seda Sayanın bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun səmimi açıqlamasını normal qarşılasa da, digərlərinin mövzu ilə bağlı fərqli fikirləri olub. 

Musa
Milli.Az

Mənbə: news.milli.az