Müğənni Lətifə səs-küy yaradacaq “Mən şərqli qızam” layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi bu dəfə də əcnəbi komanda ilə çalışıb. Yeni ekran işi Xalq artisti Aygün Kazımovanın 40 illik sənət fəaliyyətinə ithaf olunub.
Mahnının musiqi direktoru Günelle, direktoru İlona və Voleandır. Ekran işinin ssenarisi Lətifənin özünə məxsusdur. Mahnını Türkiyədə Günelle aranjiman edib.
Qeyd edək ki, mahnının sözləri Elnur Məmmədov, musiqisi Vaqif Gərayzadəyə məxsusdur.
Geyimlərin müəllifi Qabrieldir.
Layihənin hazırlıq mərhələsinin bir hissəsi Amerikada həyata keçirilib. Klip üzərində beynəlxalq yaradıcı heyət çalışıb və layihədə “Netflix” komandası ilə əməkdaşlıq edən peşəkar mütəxəssislər də iştirak edib.
Mənbə:
olay.az
















