Svetlana Svetliçnayanın vəziyyəti pisləşdi - FOTO

Svetlana Svetliçnayanın vəziyyəti pisləşdi - FOTO

Rusiyanın Əməkdar artisti, aktrisa Svetlana Svetliçnayanın vəziyyəti pisləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 83 yaşlı sənətçi gəzə bilmir və son vaxtlar əlil arabasından istifadə edir.

Bildirilir ki, ona 2-ci dərəcəli diz osteoartriti diaqnozu qoyulub.

"StarHit"in yazdığına görə, martın sonlarında Svetliçnaya keçirdiyi miokard infarktdan sonra reanimasiyaya yerləşdirilib. Bundan sonra aktrisa, demək olar, yemir və içmir. O, Qannuşkin adına Xəstəxananın psixiatriya bölməsində müalicə olunur.

Svetliçnayada, həmçinin hipertonik xəstəlik və böyrək çatışmazlığı kəskinləşib.

Qeyd edək ki, aktrisa Azərbaycan tamaşaçılarına "Brilyant əl" filmindən tanışdır. O, ekran işində "Anna Sergeyevna" obrazını canlandırıb. Filmin çəkilişləri İçərişəhərdə də aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun