Şəfəqi İraqa buraxmadılar

Şəfəqi İraqa buraxmadılar

İnfluenser Şəfəq Məmmədova (wefegm) İraqa səfər edərkən başına hadisə gəlib.

OLAY yazır ki, bloger viza problemi səbəbiylə, Bağdada uçan təyyarəyə minə bilməyib. Bu barədə o, instaqram hesabında paylaşım edib.

“İraqla Azərbaycan arasında sadələşmiş viza rejimi tətbiq olunub yanvardan etibarən. Yəni Misirə getdiyimiz kimi, vizanı gedib hava limanında ala bilərik. Amma onlar məni buraxmadılar, dedilər bizim sistemdə bu məlumat yoxdur. Məndən viza tələb etdilər. Xəbərləri göstərdik, kimlərə yığdısa, heç nə demədilər. Ümumiyyətlə ərəblərə söz başa salmaq mümkün deyil. 6 saat məni gözlətdilər, təyyarə uçdu, biletim, otelim hər şeyim batdı”, - deyə, Şəfəq söyləyib.