Xərçəngdən əziyyət çəkən aktrisa əşyalarını satır

Xərçəngdən əziyyət çəkən aktrisa əşyalarını satır

Döş xərçəngindən əziyyət çəkən amerikalı aktrisa Şennen Doherti əşyalarını satır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu qərarı xərçəng bütün bədəninə yayıldıqdan sonra verib. 

52 yaşlı aktrisa başına bir şey gələ biləcəyi təqdirdə ehtiyat tədbiri olaraq, zamanla topladığı əntiq və digər əşyaları bağışlamaq və satmaq niyyəti ilə onları çeşidləməyə başlayıb. Bu barədə sosial media hesabında paylaşım edən Şennen ölümündən sonra bunun anası üçün çətin olmamasına görə etdiyini bildirib:

"Bu işlərin anam üçün asan olmasını istəyirəm. Onun çox şeylə məşğul olmasını istəmirəm. Dörd anbarın mebellə dolu olmasını istəmirəm".

Qeyd edək ki, aktrisaya 2015-ci ildə döş xərçəngi diaqnozu qoyulub. Daha sonra mastektomiya əməliyyatı, kimya və radiasiya terapiyası keçirib. O, 2017-ci ildə də remissiyada olduğunu bildirib. Xəstəlik 2019-cu ildə yenidən qayıdıb. 4-cü mərhələdə döş xərçəngi ilə mübarizə aparan Şennen ötən il xəstəliyin sümüklərinə qədər yayıldığını açıqlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun