Ondan sonra bir daha evlənməyi düşünmür

Ondan sonra bir daha evlənməyi düşünmür
Ondan sonra bir daha evlənməyi düşünmür

Məşhur aktyor Bred Pittin keçmiş həyat yoldaşı Ancelina Coli ilə boşanmasından sonra bir daha evlənməyi planlaşdırmadığı bildirilib.

OLAY yazır ki, 62 yaşlı Pitt hazırda münasibətdə olduğu İnes de Ramon ilə həqiqətən xoşbəxtdir və onun dəstəyindən zövq alır. Lakin aktyorun yenidən evlənməsi və ya övlad sahibi olması ehtimalı az görünür.

Sosial şəbəkə istifadəçiləri Pittin bu qərarını əsasən Ancelina Coli ilə əvvəlki evliliyi və sonradan yaşanan səs-küylü boşanma ilə əlaqələndirirlər.

Ondan sonra bir daha evlənməyi düşünmür
Mənbə: olay.az