“Səni tamaşaçılar başqa cür qarşılayır“ - Eldar Mansurovdan NURAN-a

“Səni tamaşaçılar başqa cür qarşılayır“ - Eldar Mansurovdan NURAN-a
“Səni tamaşaçılar başqa cür qarşılayır“ - Eldar Mansurovdan NURAN-a

May ayının 24-də Xalq artisti Eldar Mansurovun Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasında yaradıcılıq axşamı baş tutub.

OLAY yazır ki, gecədə səhnə alan sənətçilərdən biri gənc artist NURAN olub. Konsertdə Mansurovun bəstələrindən “Ay yalançı” və “Dilbərim”lə çıxış edən müğənni zaldakı dinləyicilər tərəfindən coşğu ilə qarşılanıb.

Bəstəkar özü də bu faktı NURAN-la söhbəti zamanı təsdiq edib:

“Ötən dəfə də oxumağını bəyəndim. İstədim ki, növbəti konsertdə də çıxış edəsən. Səni böyük mənuniyyətlə dəvət etdim. “Dilbərim” ifanı dinlədim, istəyirəm ki, camaat da eşitsin. Çox yaxşı alındı. Sənə uğurlar arzulayıram. Belə mahnılardan çox ifa et ki, gələcək konsertlərdə də iştirak edə biləsən. Sən səhnəyə çıxanda zaldakılara baxıram, səni başqa cür qarşılayırlar”.

NURAN isə sənətkara öz təşəkkürünü bildirib və onun daha iki bəstəsinə yeni nəfəs verdiyini söyləyib.

Mənbə: olay.az