Aparıcı-aktrisa Kəmalə Piriyeva maraqlı açıqlamalar verib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, sənətçi ailə qurmamasından danışıb.
Bu barədə o, "Rəngarəng səhər" verilişində söz açıb.
"Hə, "evdə qalmışam". Ona görə də "Evdə qalmış" filmi çəkiləndə rejissorun ilk ağlına gələn aktrisa mən olmuşam. Mən də gördüm ki, o obrazı çox yaxşı oynaya bilərəm və oynadım. Kim deyir ki, hamı mütləq ərə getməlidir. Elə bir şey var? Qismət. Nə vaxt olsa, olar. Mən bunun üzərinə getmirəm. Ola bilər ki, heç vaxt ailə qurmayım", - deyə o söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun