Donald Tramp keçmiş prezident Barak Obamanı həbsdə görmək istədiyini bildirib və bunun necə görünə biləcəyini göstərən süni intellektlə hazırlanmış görüntünü paylaşaraq diqqət çəkib.
OLAY yazır ki, prezident sosial şəbəkədə Obama haqqında süni intellekt vasitəsilə yaradılmış saxta bir şəkil yayımlayıb. Həmin görüntüdə Obama əlində “Barack Hussein Obama” yazılmış lövhə tutmuş halda təsvir olunub.
Qeyd edək ki, onların arasında heç bir simpatiyanın olmadığı bildirilsə də, ictimaiyyət qarşısında birlikdə göründükləri zaman Donald Tramp və Obama fikir ayrılıqlarını hər zaman bir kənara qoyublar.
Tramp Obamanı sərt şəkildə tənqid etməsi ilə tanınır. Son paylaşımlarında isə o, 2016-cı il prezident seçki kampaniyasını zəiflətmək məqsədilə kəşfiyyat məlumatlarını saxtalaşdırmaq ittihamı ilə Obamanın dövlətə xəyanətə görə həbs edilməsini tələb edib.


















