“Eynək mənə türmədir”

“Eynək mənə türmədir”

Xalq artisti Flora Kərimova gözündəki problemdən şikayət edib.

OLAY yazır ki, sənətçi bu barədə “İlkin xəbər”ə danışıb. Kərimova gözündə uğursuz əməliyyat edən həkimin onu şikəst qoyduğunu söyləyib:

“Eynəkdə gəzirəm. Bu mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikayət edib”.

Qeyd edək ki, F. Kərimova estetik prosedur etdirərkən göz ətrafında problem yarandığını demiş, bunun həkimin səhvi nəticəsində baş verdiyini iddia etmişdi.