"Aftandil müəllim qarmonun şahı, padşahı idi. Allah ona qəni-qəni rəhmət etsin. Bir il nə tez gəlib keçdi. Ayın 29-da artıq il mərasimidir. Sonuncu görüşümüzü heç unutmuram. Vüqar Əhmədin qızı Almaxanımın toyunda yanımda oturmuşdu. Səhhətini xəbər aldım. Dedi ki, yaxşıyam. Bir xasiyyəti var idi, heç vaxt şikayət etməzdi. Səhhəti ağırlaşmışdı. Yoldaşıyla əlaqə salxlayıb yanına gəlmək istədiyimi dedim. Dedi ki, "Aftandil müəllim sizin onu bu görkəmdə görməyinizi sitəmir". Bu sənət çox çətindir. Kimlərsə özünə maya qoyur, biz isə canımızı qoyuruq. Mən də, məndən sonra gələnlər də qarmonu ona baxıb öyrənmişik"
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.
O daha sonra əlavə edib:
"Qarmon ifaçıları çoxdur. Qadınlardan da var, kişilərdən də. Deyir ki, hər meyvənin öz dadı var, hər gülün öz ətri. Aftandildən bir dənə idi, gəldi və getdi. Onların yerini verən yoxdur. Bu gün hər kəs özü üçün ifa edib, çörək pulusunu qazanır. Bu gün musiqiçilər maddiyatdan o qədər əziyyət çəkirlər ki, dərdləri, fikirləri odur ki, ailələrini saxlasınlar. Özlərini oda, közə vururlar. İnsanlar da dəyişib, zövqlər də. Hara gedirik bilmirəm! Allah axırımızı xeyir etsin. Bəzi musiqiçilər sənəti ucuzlaşdırıb, hörmətdən salıblar. Bizdə o vaxt öncə sənəti öyrənirdilər, sonra bicliyi. İndikilərdə əksinədir. Bu saat hər kəsənin başı özünə qarışıb. Heç məsləhət də istəmirlər. Heç kim heç kimin ərizəsini oxumur. İnsanlar xarab olub. Mən çox adamla ünsiyyəti kəsmişəm. Bir az məsafə saxlayıram onlarla. Pandemiyada insanlara nə iynəsi vurulubsa bir-birinin ayağından çəkən olublar. Pis günə sevinirlər. Ölüm-itim dünyasıdır. Bu ölümləri görüb ağıllanmırlar?! Onları Allah islah etsin" deyə qarmon ifaçısı bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun