Aysundan anasının Rusiyada saxlanılması xəbərinə REAKSİYA

Aysundan anasının Rusiyada saxlanılması xəbərinə REAKSİYA

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb. 

Milli.Az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Rəqsanənin qızı ifaçı Aysun İsmayılova əlaqə saxlayıb. 

Özünü Aysunun köməkçisi kimi təqdim edən xanım qısa olaraq bildirib ki, Aysun anasının saxlanılması xəbəri ilə bağlı məlumatsızdır və bu mövzu barədə heç bir açıqlama vermək istəmir. 

Qeyd edək ki, Rusiya teleqram kanallarında yayılmış məlumata görə, R.İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Rüşvət vermə" və "Sənəd saxtakarlığı" maddələri ilə ittiham olunur

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun