Müğənni İlqar Xəyal gitara ifaçılarını tənqid edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Xeyirli axşamlar" verilişində danışıb. O bildirib ki, Azərbaycanda peşəkar gitara ifaçısı azdır:
"Bu günmusiqiçilərdən çoxu gitaradan düzgün istifadə etmirlər. Qucaqlarında gitara oturub restoranda bar stolunun üstündə mahnı oxuyurlar. Mənşəyi məlum olmayan ifalar təqdim edilir. Adam oturub çörək yeyəndə ifadan iştahı ölür. Deyirsən, durum gedim. Ölkədə iki-üç gitara ifaçısı var".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
.