"Heç kəsdən çəkinmədən bunu deyirəm. Atamın vəfatından 5 gün sonra onun rol aldığı "Filumena Marturano" tamaşası oynanıldı. Orada mən atamla birlikdə oynayırdım".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz "Söhbət var" verilişində deyib. O, atasının ölümündən bir neçə gün sonra Akademik Milli Dram Teatrında onun rolunun başqasına verildiyini deyib:
"İlk və son obrazımız idi. Bəlli səbəbə görə, tamaşada oynaya bilmədim. Mənim yerimə başqa aktyor gətirildi. Atamın yerinə isə Nicat Kazımov (Əməkdar artist, aktyor - red.) çıxdı. O ərəfədə onu oynamaq lazım deyildi. Atam yeni vəfat edib, başqa tamaşa qoyulardı. Dedim ki, heç olmasa aktyor səhnədə vurğuladımı Ramiz Novruzun obrazıdır? Amma etməyiblər. Böyük sənətkar bunu səhnədə deməli idi. Normalda tamaşa göstərilməməli idi, amma göstərilirdisə, atamın adı çəkilməli idi. Böyük xəyal qırıqlığı yaşadım. Necə belə edilə bilərdi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun