“Mehriban Əliyeva mənə dəstək oldu”

“Mehriban Əliyeva mənə dəstək oldu”

“Sıxıntılı günlərimdə konsert verdim, Birinci xanım Mehriban Əliyeva mənə dəstək oldu”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Danışır musiqi” layihəsində deyib. Çətin günlərindən danışan sənətçi bunları söyləyib:

“360 şəkərlə səhnəyə çıxdım. Sonra xəstələndim, Mehriban xanıma müraciət edildi, onun dəstəyi ilə müalicə oldum. İnsult keçirəndə də mənə yardım edildi. 11 gün tərpənmədən xəstəxanada yatdım”.