Gitaraçı Rəhman: "Stolun üstünə çıxıb, iyrənc musiqilər ifa edirsə..."

Gitaraçı Rəhman: "Stolun üstünə çıxıb, iyrənc musiqilər ifa edirsə..."

"İlqar Xəyal üzr istəməlidir".

Milli.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında gitara ifaçısı Rəhman Məmmədli müğənninin gitara ifaçılarını tənqid etməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. 

Rəhman Məmmədli bu gün Azərbaycanda kifayyət qədər peşəkar gitara ifaçılarının olduğunu xatırladıb: 

"İlqar Xəyal məsələyə bu cür yanaşırsa, Azərbaycan gitara sənətinə belə dəyər verirsə, çox böyük səhv edir. Yox, əgər rok musiqisi, akustik gitara ifacılarını nəzərdə tutursa, buna qarışmıram. Amma ümumi Azərbaycan gitara ifaçılarının ünvanına sərt sözlər işlədibsə, çox böyük yalnışlıq edib. O, üzr istəməlidir. Bu gün yetərincə gitara ifaçıları var. Eləcə də gitara sənətini dünyada təbliğ edən oğlanlar var. Elə onun birincisi də mənəm". 

Rəhman Məmmədli İlqar Xəyala mesaj ünvanlayıb:

"Tək mən deyiləm, bu gün Azərbaycanda yetərincə peşəkar gitara ifaçıları yetişməkdədir. Mən də ağsaqqalı olaraq onlara baxıb sevinirəm. İlqar danışanda gərək düşünsün. Ona demək lazımdır ki, danışanda sözlərini tənzimləsin. Olmaz belə. Sən əgər görürsən ki, gitara ifaçısı stolun üstünə çıxıb, iyrənc musiqilər ifa edirsə, bu iradı ümumi gitara ifaçılarının ünvanına deyə bilməzsən. Buna sənin haqqın çatmaz".

Qeyd edək ki, müğənni İlqar Xəyal gitara ifaçılarını tənqid edib. O bildirib ki, Azərbaycanda peşəkar gitara ifaçısı azdır:

"Bu gün musiqiçilərdən çoxu gitaradan düzgün istifadə etmir. Restoranda bar stolunun üstündə mahnı oxuyurlar. Mənşəyi məlum olmayan ifalar təqdim edilir. Adam oturub çörək yeyəndə belə ifadan iştahı ölür. Deyirsən, durum gedim. Ölkədə iki-üç gitara ifaçısı var, qalanları ancaq yola verir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun