Türkiyəli aktrisa Aslı Bekiroğlu keçirdiyi 7-ci əməliyyatdan sonra bədəninin düşdüyü vəziyyətlə bağlı foto paylaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa mioma ilə əlaqədar bıçaq altına yatıb və həkimlərin yol açdığı fəsada görə iki il ərzində 7-ci dəfə əməliyyat olunub.
Ciddi sağlamlıq problemlərindən sonra yaşadığı fiziki dəyişikliklərin psixologiyasına mənfi təsir etdiyini deyən Bekiroğlu hazırkı əhval-ruhiyyəsini bu sözlərlə ifadə edib: "Xəstəliyim səbəbindən bədənim deformasiyaya uğradığı üçün özümü pis hiss edirəm".
Milli.Az

Mənbə:
news.milli.az
















