“Qızımı niyə gətirməmisən, görərdim”

“Qızımı niyə gətirməmisən, görərdim”
“Qızımı niyə gətirməmisən, görərdim”

Prezident İlham Əliyev bu gün Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.

OLAY yazır ki, sakinlərlə görüş zamanı dövlət başçısının ağbirçək qadınla olan dialoqu maraqla qarşılanıb.

Həmin dialoqu təqdim edirik:

Prezident İlham Əliyev: Salaməleyküm.

Ağbirçək qadın: Sənə qurban olum, sənin başına dönüm. Nə yaxşı gəlmisən. Bu qapımız Sənin üzünə açıqdır.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma vətəninizə.

Ağbirçək qadın: Sənin hesabına, Sənin sayəndə gəlmişik. Allah Səni bizim üstümüzdən əskik etməsin.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim.

Prezident İlham Əliyev: Onun da salamı var sizə.

Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma.

Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz.

Ağbirçək qadın: Nə yaxşı ki, gəlmisən, bala. Bizi nə yaxşı ki, torpağımıza gətirmisən, ayağımız torpağımıza dəyib. Allah Səni min yaşatsın. Üstümüzdən əskik etməsin.

Prezident İlham Əliyev: Çox sağ olun, sağ olun. Siz də xoşbəxt yaşayın burada, doğma Qarabağ torpağında.

Mənbə: olay.az