Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının iclasında aktrisa Zülfiyyə Qurbanova ilə Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov arasında mübahisə yaşanıb.
Milli.Az-ın məlumatına görə, mübahisəyə səbəb aktrisanın çıxışı zamanı səsini rejissor Əli İsa Cabbarova verərək, onu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postunda görmək istədiyini bildirməsi və M.Hətəmovun etirazı olub.
M.Hətənov Z.Qurbanovanı tanımadığını deyib. Aktrisa isə Kann Film Festivalında birlikdə foto çəkdirdiklərini deyib.
Aktrisa ötən gün həmin fotonu yayımlayıb və bunları yazıb:
"Sən kimsən? Sən kinoya çəkilməmisən" deyən Müşfiq Hətəmovun mənimlə 2014 - cü ildə Fransanın Kann şəhərində festivala qatıldığım zaman çəkdirdiyi foto". /Axşam.az
Milli.Az
Mənbə:
news.milli.az
















