Çingizin bir gecədə bəstələdiyi mahnısı...

Çingizin bir gecədə bəstələdiyi mahnısı...

Avroviziya təmsilçimiz Çingiz Mustafayev yeni layihəsini təqdim edib.

OLAY yazır ki, ifaçı Ramazana aid “Nə mənası var, qardaş” şeirinə mahnı bəstələyib. 

O, bu barədə instaqram hesabında yazıv və klipi bir günə çəkdiyini bildirib:

“Bir neçə gün öncə təsadüfən bu şeir ilə rastlaşdım və çox bəyəndim. Ardınca gecəylə ona mahnı bəstələdim və yollandıq rayonlarımızdan birinə. Bir günə klip çəkdik, montaj etdik, rənglədik. Hər şey o qədər təsadüfi və sürətlə baş verdi ki, zövq almamaq mümkünsüz idi”.