"Warner Bros" şirkəti Hollivud ulduzu Kianu Rivzin baş rolunu canlandırdığı "Matrix" filminin növbəti seriyası üzərində işləyir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işinin rejissoru Dryu Qoddard olacaq.
Franşizanın əsas ulduzları - Kianu Rivz, Kerri En-Moss və Lorens Fişbörnun öz rollarına qayıdıb-qayıtmayacağı hələlik məlum deyil.
Qeyd edək ki, "Matrix" filminin ilk hissəsi 1999-cu ildə nümayiş olunub və ekran işi dörd "Oskar" mükafatı qazanıb. 2003-cü ildə isə klassik trilogiyanı tamamlayan daha iki film izləyicilərin ixtiyarına verilib. Franşizanın ilk üç filmi qlobal kassada 1,6 milyard dollardan çox gəlir əldə edib.
2021-ci ilin dekabrında isə dördüncü "Matrix"in premyerası baş tutub. Kassada 153 milyon dollar qazanan film izləyicilər və tənqidçilər tərəfindən daha soyuq qarşılanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun