Şairə və xına məclislərinin təşkilatçısı Nazilə Səfərli açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı danışarkən ailəsinə qarşı edilən bəzi hadisələri unutmadığını bildirib. Səfərli bir şəxsə heç vaxt halallıq verməyəcəyini deyərək sərt fikirlər səsləndirib.
Şairənin sözlərinə görə, həmin insanın davranışları ailəsində ciddi problemlərə səbəb olub:
"Atamın vaxtsız ölümünə, anamın xəstəlik tapmasına və ailəmizdə münasibətlərin pozulub aranın açılmasına səbəb oldu".
Nazilə Səfərli əlavə edib ki, ailəsinə toxunan insana nə bu dünyada, nə də o biri dünyada halallıq verməyəcəyini düşünür. O, yaşananları hələ də unutmadığını vurğulayıb:
"Həmin adam mənim ailəmə dəydi. Atamın vaxtsız ölümünə, anamın xəstəlik tapmasına səbəb oldu. Ailəmizdə münasibətlərin pozulmasına səbəbkar oldu. Öz əxlaqına görə insanları ittiham etdi. Ona nə bu dünyada, nə də o biri dünyada halallıq verməyəcəyəm. Ailəmə toxunan insanın ailəsini pərişan görsəm belə, rəhmim gəlməyəcək".
Sənətçinin emosional açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun fikirlərinə müxtəlif münasibətlər bildiriblər.
Musa
Milli.Az
















