İtaliyada toy edəcəklər

İtaliyada toy edəcəklər
İtaliyada toy edəcəklər

Məşhur müğənni Dua Lipa və aktyor Kallum Turner evlənməyə hazırlaşırlar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlük gələn həftə İtaliyada toy edəcək.

Məlumata görə, toy üç gün davam edəcək və mərasimə çoxlu tanınmış qonaqlar qatılacaq.

İddialara görə, məşhur müğənni Elton Con da toyun qonaqları arasında olacaq və hətta səhnəyə çıxaraq mahnılar ifa edə bilər.

Qeyd edək ki, cütlük üç ildir birlikdədir. Dua Lipa ötən il verdiyi müsahibədə nişanlandıqlarını təsdiqləmişdi.

Milli.Az

Mənbə: news.milli.az