Müğənni Sevda Əliqızı tez-tez evini dəyişdiyini etiraf edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi ev almaq hobbisi olduğunu deyib. Bu haqda "Xeyirli axşamlar" proqramında danışan S.Əliqızı hər 3 ildən bir ev aldığını söyləyib:
"Hazırda mikrorayonda yaşayıram. Bir yerdə uzun müddət qala bilmirəm. Bu dəfə köçəndə qonşularım ağlayırdılar. Onlar istəmirdilər ki, mən başqa yerə köçəm. Köçmək mənim hobbimdir. Evi alıb sonra onu təmir etdirməyi, materialları almağı çox sevirəm. Ona görə də 2-3 il bir yerdə qalıb, sonra isə köçürəm. Hazırda yaşadığım yerə bir aydır ki, köçmüşəm. Bakının bir çox yerlərində evlərim olub. Evimin üçü "Çapayev" ərazisində olub. Oğlum Azad mənə deyir ki, daha köçmə, yoruldum əşya daşımaqdan".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun