Müğənni Nəfəs proqramlardan birində yaxın rəfiqəsi, müğənni Zeynəb Həsənli ilə bir zamanlar küsülü olduğunu bildirib.
Milli.Az lent.az-a istinadən bildirir ki, o küsülülüyün hər ikisinə xeyli maddi zərbə vurduğunu deyib.
"Namiq Qaraçuxurlu ilə Aygün Kazımova küsülü idilər, amma pula görə birgə səhnəyə çıxırdılar. Biz isə Zeynəblə küsülü olanda ən bahalı toya belə birlikdə getməkdən imtina edirdik. Bir-birimizin işini vurmur, əngəl törətmirdik. Sadəcə deyirdik ki, birlikdə toyda iştirak etmirik.
Onlarla belə məclisə "yox" demişik. Çünki bir-birimizi çox sevən iki rəfiqə idik, küsülü halda məclisdə bir-birimizi görməzliyə vura, yalandan gülümsəyə bilmirdik. Zeynəblə pula görə barışmadıq, o olmadan çox darıxırdım. Vəfanı da (Vəfa Şərifova - red.) çox istəyirəm. Amma Zeynəb mənə daha əzizidir", - Nəfəs bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun