Xalq artisti İlham Namiq Kamalın ailəsində əlamətdar gün yaşanıb.
Milli.Az xəbər verir ki, məlumata görə, sənətçinin oğlu Ülvinin toy mərasimi paytaxtdakı restoranlardan birində təşkil olunub. Məclisdən lentə alınan görüntülər sosial şəbəkələrdə yayılaraq maraqla qarşılanıb.
Toy mərasimində ailə üzvləri və yaxınların iştirak etdiyi bildirilir. Paylaşılan kadrlarda xoş ovqat və bayram əhval-ruhiyyəsi diqqət çəkib.
Qeyd edək ki, İlham Namiq Kamalın iki oğul və iki qız övladı var.
Musa
Milli.Az
Mənbə:
news.milli.az

















