Aktyor Firdovsi Atakişiyev mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Milli.Az xəbər verir ki, sənətçi televiziya proqramlarından birində qonaq olarkən İlhamə Quliyeva ilə əməkdaşlığından danışıb. O bildirib ki, xalq artisti ilə uzun müddət müxtəlif layihələrdə çalışsa da, münasibətləri yalnız iş çərçivəsində olub.
Atakişiyevin sözlərinə görə, İlhamə Quliyeva ilə işləmək onun üçün çətin olmayıb və aralarında hər zaman qarşılıqlı hörmətə əsaslanan münasibət mövcud olub. Aktyor qeyd edib ki, onların əlaqəsi yalnız sənət fəaliyyətindən ibarət idi.
O, vaxtilə haqqında yayılan sevgi münasibəti iddialarının həqiqəti əks etdirmədiyini vurğulayıb. Atakişiyev bu cür fikirlərin əsassız olduğunu bildirərək, ailə dəyərlərinə hər zaman böyük önəm verdiyini deyib.
Aktyor əlavə edib ki, İlhamə Quliyevanı hər zaman sənətkar kimi qiymətləndirib və onun yaradıcılığına hörmətlə yanaşıb. Onun sözlərinə görə, mərhum ifaçı haqqında müxtəlif fikirlər səsləndirilsə də, musiqi irsi ilə yadda qalan sənətçilərdən biridir:
"İlhamə xanımla səmimi-rəsmi münasibətimiz var idi. Onunla gecə-gündüz bir restoranda oturub yeyib-içmirdim bəziləri kimi. Sonra da desinlər ki, İlhamə mənim qarşıma düşdü. Onun nə qədər tünd, pis xasiyyəti var desələr də, sənətkar idi. Mən də onun sənəti üçün kliplərə çəkilirdim. Ondan geriyə mahnılar qalıb. İlhamə xanımla sevgili olduğumu deyənlər cahil və bəsit düşünən insanlardır. Bu sözü ağıllı insanlara rəva bilmirəm. Hər şeyi etdim ki, insanların beynində bu barədə adi qımıldanma belə olmasın. Çünki ailəmi və onların namusunu, qeyrətini hər şeydən üstün tuturam".
Firdovsi Atakişiyevin açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Musa
Milli.Az
















