Ötən gün ana olan türkiyəli məşhur aktrisa Eda Ece sosial şəbəkədə qızıyla bağlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Eda Ece bu sözləri qeyd edib: "Səbrsiz qızım qəflətən dünyaya gəldi. Özünə çox da gözəl gün seçdi. Gəlişiylə bizi çox xoşbəxt etdi".
Aktrisa qızına Mina İpek adını verib.
Qeyd edək ki, Eda Ece basketbolçu Buğrahan Tuncer ilə 2023-cü ildə nikah masasına əyləşib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun