Can Güzarp vəfat etdi

Can Güzarp vəfat etdi

Türkiyənin ustad aktyoru Can Güzarp vəfat edib.

OLAY yazır ki, bu barədə sosial şəbəkələrdə aparıcı Armağan Çağlayan məlumat yayıb.

O bildirib ki, Güzarp 79 yaşında həyatla vidalaşıb.

Xatırladaq ki, mərhum “Kurtlar vadisi”, “Eşkiya dünyaya hükümdar olmaz” və “Medcezir” kimi seriallarda rol almışdı.