"Kənardan istənilən iş çox asan görünür. Amma səhnə arxası o ərsəyə gələn və hamının gözündə gözəl görünən işi hazırlamaq üçün çəkilən stres, əziyyət, zaman, bu hamısı mənəvi gücümüzdür. Təbii maddiyat da sərf olunur".
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial şəbəkədə yazıb.
İşlərindən bəhs edən müğənni "Çünki keyfiyyətli işə ən əsas mənəvi gücümüz, maddiyyətimiz də qatılmalıdır! İdmanı ona görə sevirəm ki, hər düşündüyüm yeni fikirlərimdə mənə müsbət enerji verir. Sağlam olun, sağlam düşünün, sağlam gələcək qurun" sözlərini əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun