Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin yutub kanalı oğurlanıb.
OLAY yazır ki, kanaldakı bütün videolar kibercinayətkarlar tərəfindən silinib. Bu barədə texnobloger və jurnalist Fərid Pərdəşünas feysbuk hesabında yazıb:
“Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı kibercinayətkarların hücumuna məruz qalıb və kanal ələ keçirilib. Kanalda olan bütün videolar silinib”.