20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi

20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi
20 yaşındakı arzusunu 30 il sonra gerçəkləşdirdi

Müğənni İzzət Bağırov 50 illik yubileyindən danışıb.

Milli.Az xəbər verir ki, "Günə uğurla" verilişində qonaq olan ifaçı 250 qonaq çağırdığını, amma 400-dən çox insanın məclisə qatıldığını bildirib:

"Müğənni var idi ki, demədim, amma gəldi. Həyatımda ilk dəfə ad günü etdim. 20 yaşımda niyyət etdim ki, 50 yaşıma çatsam, ad günü edəcəyəm. İlk və son dəfə ad günü etdim. 250 qonaq çağırdım, 450 adam gəldi. Dostlarım deyirdi ki, evdə uşaqlar gəlmək istəyir, deyirlər İzzətin ad günü qəşəng keçəcək". (Axşam.az)

Milli.Az

Mənbə: news.milli.az