Aktrisa Məlahət Abbasova bu gün dünyasını dəyişən məşhur türkiyəli həmkarı Can Gürzapla bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi mərhum aktyorun Bakı ilə bağlı reallaşmayan arzusunun olduğunu bildirib:
"Can qardaşım, şokdayam. Nəcə kədərləndim. Neçə serialda birlikdə rol almışdıq. Aktyor Cihan Ünalla Bakıdakı proqramıma gəlmək istəyirdi. Amma Cihan bəyin işlərinə görə alınmırdı. Həmişə deyirdi ki, Bakı mənə maraqlıdır. Sənin "Məlahət" deməyin həmişə qulağımdadır. Bütün sənət aləminin başı sağ olsun. Türk teatr və kinosuna böyük itki oldu. Böyük sənətkar! Nur içində yat. Səni tanımaq Allahın mənə lütfü idi".
Qeyd edək ki, Can Gürzap 79 yaşında xəstəxanada dünyasını dəyişib.
Milli.Az