Keçən həftə Darülaceze psixiatrik xəstəxanasına yerləşdirilən məşhur müğənni Zerrin Özerin son halı heç ürəkaçan deyil.
Milli.Az-ın lent.az-a istinadən xəbərinə görə, 65 yaşlı Zerrin Özer dərin depressiyadadır və heç kimlə danışmır.
Bir müddət öncə musiqini buraxdığını elan eləmiş Zerrin Özer çox keçmədən yenidən səhnəyə dönmüşdü. Lakin bu da uzun sürməmişdi. Səhnədə oturaraq çıxış edən müğənninin şiddətli ayaq ağrılarından əziyyət çəkdiyi üçün tanınmış həkim Ender Saracoğluna müraciət etdiyi bildirilmişdi.
Sonradan məlum olub ki, onun ayaq ağrıları şəkər xəstəliyi ilə əlaqəli imiş.
Zerrin Özerin "Border Layn. Şəxsiyyət pozuqluğu" xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun