Aparıcı-prodüser Tarix Əliyev paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, o, instaqramda post paylaşaraq hazırda çalışdığı MTV kanalından şikayətlənib:
“Uğursuz hara gedirsə, özü ilə uğursuzluq aparır. MTV kanalı o qədər yaxşı idi ki... İndi bir neçə nəfər uğursuz gəlib, ayaqlarına daş düşəydi gəldikləri yerdə. Nəfsləri yalnız onun, bunun efirindədir. Allah sizi bildiyi kimi eləsin. Mənə bata bilmirlər, çünki gözlərinin odunu almışam. Qurban olun kanalın rəhbərinə, o qədər gözəl insandır ki, sizi kimi tülkülərə inanır. Allah onun köməyi olsun. Amma siz də o birilər kimi gedəcəksiniz. Komandamla işiniz olmasın”.