“Belə insanlarla əlaqəni kəsmək lazımdır”

“Belə insanlarla əlaqəni kəsmək lazımdır”
“Belə insanlarla əlaqəni kəsmək lazımdır”

Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yas mərasimlərində yaranan incikliklərə münasibət bildirib.

Milli.Az Yeni Sabah-a istinadən xəbər verir ki, o, hüzr sahibinə qarşı küskünlük nümayiş etdirən insanları tənqid edib.

X.Hidayətqızı paylaşımında bu fikirləri səsləndirib:

"Yas məclisində yas sahibindən küsən insanlarla münasibəti tamamilə kəsmək lazımdır".

Qeyd edək ki, aparıcı son illərdə həm anasını, həm də atasını itirib.

Milli.Az

Mənbə: news.milli.az