Xalq artisti Nurəddin Mehdixanlı Türkiyəyə səfər edib.
Milli.Az xəbər verir ki, tanınmış aktyorun səfəri çərçivəsində Konyada Türkiyə Dövlət Teatrlarının baş direktoru və məşhur aktyor Tamer Karadağlı ilə görüşdüyü bildirilib.
Nurəddin Mehdixanlı səfərinin məqsədinin beynəlxalq teatr tədbirində iştirak etmək olduğunu açıqlayıb. O, Konyada təşkil olunan Beynəlxalq Teatr Festivalına qatıldığını və festival çərçivəsində bir sıra görüşlər keçirdiyini qeyd edib.
Azərbaycanlı sənətçinin türkiyəli həmkarları ilə bir araya gəlməsi sənət ictimaiyyətinin də diqqətini çəkib. Görüş zamanı teatr sahəsində əməkdaşlıq və mədəni əlaqələr ətrafında fikir mübadiləsinin aparıldığı bildirilir.
Nurəddin Mehdixanlının festival çərçivəsindəki paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb.
Musa
Milli.Az



















