Müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız siyasətə qoşulduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, Ayşegül Yıldız Devlet Bahçelinin iştirakı ilə keçirilən Milliyetçi Hareket Partisi (MHP) parlament qrup toplantısına qatılaraq partiya sıralarına qoşulduğunu elan edib.
Sosial şəbəkədə paylaşdığı videoda Yıldız MHP sədri Dövlət Baxçalının çıxışını "tarixi və yenilikçi" adlandırıb. O, partiya rəhbərliyi və təşkilat üzvləri ilə birlikdə toplantıda iştirak etdiyini, daha sonra isə Baxçalı ilə görüşərək onun xeyir-duasını aldığını bildirib.
Ayşegül Yıldız həmçinin Ankara səfəri çərçivəsində Anıtkabiri ziyarət etdiklərini qeyd edib.
Qeyd edək ki, Ayşegül Yıldız 2011-2013-cü illərdə İbrahim Tatlısəslə evli olub. Boşandıqdan sonra mediadan uzaq həyat sürən Yıldız uzun fasilədən sonra bu dəfə siyasi fəaliyyəti ilə gündəmə gəlib.
Milli.Az


















