Dilan Polatın öldürülən cangüdəninin dəfnində qızından ürəkdağlayan SÖZLƏR - VİDEO

Dilan Polatın öldürülən cangüdəninin dəfnində qızından ürəkdağlayan SÖZLƏR - VİDEO
Dilan Polatın öldürülən cangüdəninin dəfnində qızından ürəkdağlayan SÖZLƏR - VİDEO

Xəbər verdiyimiz kimi, türkiyəli sosial media fenomeni Dilan Polatnin qətlə yetirilən yaxın qohumu və mühafizəçisi Can Polatın dəfn mərasimindən yayılan görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub.

Milli.Az xəbər verir ki, mərasim zamanı çəkilən kadrlarda ailə üzvlərinin dərin kədər yaşadığı görülüb. Xüsusilə dörd övlad atası olan mərhumun böyük qızının fəryadı izləyiciləri duyğulandırıb.

Yayılan görüntülərdə atasının tabutu önündə göz yaşlarına hakim ola bilməyən qızın səsləndirdiyi sözlər diqqət çəkib. Onun "Mənim atama tətil məzar oldu" ifadəsi sosial mediada çoxsaylı paylaşımlara və şərhlərə səbəb olub.

Dəfn mərasimində mərhumun yaxınları, dostları və ailə üzvləri iştirak ediblər. Kədərli anların yer aldığı görüntülər qısa müddətdə geniş yayılaraq izləyiciləri təsirləndirib.

Can Polatın ölümü ilə bağlı aparılan araşdırmalar davam edərkən, dəfn mərasimindən yayılan kadrlar da ictimaiyyət tərəfindən hüznlə qarşılanıb.

Musa
Milli.Az

Mənbə: news.milli.az